Yasamal rayon ictimaiyyəti Xocalı soyqırımını yad edir
Xocalı soyqırımın 33-cü ildönümü ilə əlaqədar bu gün Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə anım tədbiri keçirilib.Tədbirdən öncə iştirakçılar şəhidlərin xatirə kompleksi önünə gül dəstələri qoydular, daha sonra isə tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndirildi.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər və soyqırım şahidləri öz xatirə və mülahizələri ilə bölüşdülər. Qeyd olundu ki, xalqımız daim bu soyqırımı xatırlamalıdır. Bildirildi ki, Müzəffər ali baş komandan cənab İlham Əliyev və Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı, Xocalı və digər ərazilərimiz düşməndən tam azad edildi.Hal-hazırda Xocalıda bəpra-quruculuq işləri aparılır, əhali öz yurd-yuvalarına dönür, Qarabağa həyat qayıdır.
Tədbirdə Xocalı soyqırımından bəhs edən filmin baxışı keçirildi. Qısametrajlı film erməni cəlladlarının dinc Azərbaycanlı əhali üzərində törətdikləri insanlıq faciəsinə işıq salır. Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilmiş bədii kompozisiya ilə başa çatıb.