Şriftin ölçüsü :

Saytın rəngi :

Tehrandakı səfirliyimizdə həlak olan şəhid yad edlib

27 yanvar 2025 | 15:08

İki il öncə Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı zamanı şəhid olmuş mühafizə xidmətinin rəisi Orxan Əsgərovun xatirəsi bu gün İkinci Fəxri Xiyabandakı məzarı önündə yad edilib. Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, YAP fəalları və rayon bələdiyyəsinin nümayəndələri, həmçinin ictimaiyyət təmsilçiləri iştirak etdilər. Şəhidin məzarı önünə gül dəstələri qoyuldu, xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ruhuna dualar oxundu. Daha sonra ehsan süfrəsi açıldı.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirmişdir.

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanmışdılar.

3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.

Keçidlər