Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı və deputat ərazidə sakinlərlə görüşdülər

15 yanvar 2025 | 16:41

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün yanvar ayı üzrə növbəti səyyar qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Göydəniz Qəhrəmanovun sakinlərlə görüşü 20 nömrəli məktəb liseyin  akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri yaşayış sahəsinin hüquqi statusunun dəyişdirilməsi, küçə və məhəllədaxili yolların asfaltlanması, istismar müddəti bitmiş binaların söküntüsü və sakinlərə ayrılacaq kompensasiyanın miqdarı, kommunal xidmətlər tərəfindən rayonda aparılan qazıntı işləri, qurumuş ağacların budanması, əlillərin qəyyumluq məsələləri, qonşular arasında mübahisələr, mənzillərin istilik sistemi ilə təchizatı  və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırdılar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verdi. RİH başçısı bəzi kommunal xidmət rəhbərlərindən ərazidəki probemlərin həllində operativ reaksiya verməyi tələb etdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Keçidlər