Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı ərazidə sakinlərlə görüşdü, sual, təklif və müraciətlərinə cavab verdi

09 yanvar 2025 | 15:55

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin akt zalında baş tutdu. Tədbirdə həmçinin Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, MKTB və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə soruşdu. Söz alan sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra istismar müddəti bitmiş və qəzalı yaşayış evlərinin söküntüsü, binaların fasadının təmiri, qurumuş və ətrafa təhlükə yaradan ağacların budanması, maddi köməklik, mənzillə təminat, işlə təminat və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırdılar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Keçidlər