Yasamal rayonunda “Müasir Azərbaycan:Prezident İlham Əliyevin Liderliyində dəyişən reallıqlar” adlı tədbir keçirilib
Yasamal rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatını birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinə həsr olunmuş “Müasir Azərbaycan:Prezident İlham Əliyevin Liderliyində dəyişən reallıqlar” adlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən YAP Yasamal rayon təşkilatının inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirin rəsmi hissəsində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyətinə həsr olunmuş video çarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin son 21 il ərzində həyata keçirdiyi uğurlu siyasət müstəqilliyimizin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı və beynəlxalq arenada nüfuzunun artırılması ilə tarixə qızıl hərflərlə yazılmışdır.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülvi Quliyev və Azərbaycan Nar istehsalçıları və ixracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov qeyd etdilər ki, tarixi əhəmiyyətinə görə Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 21 ilin hər ili xalqımız üçün tərəqqi, inkişaf və misilsiz uğur deməkdir.
Sonda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, otən 21 ilə nəzər salsaq, görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin zəngin siyasi bilikləri və təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident cənab İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Məhz buna görə də dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir. Prezident cənab İlham Əliyev fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Əldə olunan tarixi Qələbələrdə bunu bir daha sübut edib.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında aktiv fəaliyyətə görə fəxri fərmanlar və Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Yasamal rayon ictimaiyyəti adından Prezident cənab İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu oxuyub
Sonda xatirə şəkli çəkdirilib.