Şriftin ölçüsü :

Saytın rəngi :

Zərərli vərdişlərə YOX deyək

13 dekabr 2024 | 16:54

Yasamal Rayon İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Nizami Mall Ticarət Mərkəzində “Zərərli vərdişlərə YOX deyək” adlı maarifləndirici aksiya keçirilib. Aksiyanın məqsədi tütünçəkmə və digər zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri barədə əhali arasında məlumatlılığın artırılmasıdır.

Nizami Mall Ticarət Mərkəzində  təşkil olunan aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (təzyiq və nəbzin ölçülməsi, qanda şəkərin miqdarının təyin edilməsi) dəvət ediliblər, onlara həkim və ictimai səhiyyə mütəxəssisləri tərəfindən tövsiyələr verilib. Bildirilib ki, son vaxtlar dünya ölkələrində qeyri-infeksion, o cümlədən ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması bir sıra amillərlə sıx bağlıdır. Əsas risk amillərinə isə tütünçəkmə və digər zərərli vərdişlərə aludəçilik, fiziki passivlik, artıq çəki, piylənmə və qeyri-sağlam qidalanma aiddir. Xəstəliklərin əsas risk amillərinin qarşısını almaq üçün iştirakçılara sağlam həyat tərzi seçmək təşviq edilib, bu mövzulara dair maarifləndirici bukletlər, çap materialları və hədiyyələr paylanılıb. Bu aksiya Yasamal rayonunda əhalinin sıx məskunlaşdığı yerlərdə davam etdirilir.

Keçidlər