Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun ictimaiyyəti Ulu Öndərin xatirəsini yad edir

11 dekabr 2024 | 16:37

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar bu gün Yasamal rayonunun ictimaiyyəti Ümummilli liderin əziz xatirəsini yad edib. Baş tutan anım tədbirində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, YAP fəalları, idarə və təşkilat nümayəndələri iştirak etdilər. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri açıq elan edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ümummilli Liderin müasir Azərbaycan tarixində oynadığı mühüm roldan söz açdı. Daha sonra Ulu Öndərin ictimai-siyasi fəaliyyətindən bəhs edən filmə baxış keçirildi.

Tədbirdə nitqlə çıxış edən Milli Məclisin deputatı Mübariz Qurbanlı Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərindəki tarixi missiyasından söz açdı. Çıxış edən M.Qurbanlı qeyd edib ki, ulu öndər Heydər Əliyev həm tarixi yaradan, həm də tarixi şəxsiyyətdir. Ulu öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Anım tədbirində çıxış edən digər natiqlər Ulu Öndərin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən bəhs etdilər. Tədbir bədii hissə ilə başa çatdı.

Keçidlər