İcra Başçısı ərazidə sakinlərlə görüşdü, vətəndaş məmnunluğunun əsas prioritet olduğunu qeyd etdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün dekabr ayı üzrə növbəti səyyar qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü 18 nörmətli tam orta məktəbin akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri küçələrin abadlaşdırılması, qəzalı durumda olan tarixi və memarlıq binalarının təmiri və bərpası, küçələrin işıqlandırılması, mənzillərin istilik sistemi ilə təchizatı, qonşular arasında mübahisələrin həlli, istismar müddəti bitmiş və qəzalı yaşayış evlərinin söküntüsü, qurumuş və ətrafa təhlükə yaradan ağacların budanması, Sovetski sakinlərinə kompensasiya və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verdi. RİH başçısı bəzi kommunal xidmət rəhbərlərindən ərazidəki probemlərin həllində çevik və operativ iş görüməyi tələb etdi.İcra başçısı həmçinin tikinti şirkətləri tərəfindən mənafeyinə ziyan vurulan vətəndaşların hüquqlarını müdafiə edəcəklərini də vuğuladı. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaş məmnuluğunun təmin edilməsinin əsas prioritet olduğunu qeyd etdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.