Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid hərbiçinin xatirəsi anılıb

10 dekabr 2024 | 14:26

Bu gün Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhid hərbçisi Taleh Yusifovu şəhadətinin ildönümündə yad edib.  Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev və RİH aparatının əməkdaşları, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Taleh Yusifov 21 may 1992-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 167 saylı məktəbdə  almışdır. Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabrın 9-da şəhidlik zirvəsinə ucalmışdır. Yusifov Taleh Valeh oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Füzulinin azad olunması uğrunda” medalı, "Cəsur döyüşçü" medalı  və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Keçidlər