Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı ərazidə sakinlərlə görüşdü, sual, təklif və müraciətlərinə cavab verdi

05 dekabr 2024 | 15:24

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün dekabr ayı üzrə səyyar qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri istismar müddəti bitmiş və qəzalı yaşayış evlərinin söküntüsü, qurumuş və ətrafa təhlükə yaradan ağacların budanması, küçələrdə asfalt örtüyünün yenilənməsi, ərazilərdə su itkisi, Sovetski sakinlərinə kompensasiya, yaşıllıqlara texniki qulluq, kommunal xidmətərin ödənişi, Alatava 2 məhəlləsinin gələcək taleyi və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırdılar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Keçidlər