Yasamal rayonunda narkomaniyaya qarşı növbəti tədbir keçirilib
Yasamal rayonu, 1 nömrəli Bakı Tibb Kollecində “Narkotiksiz Gələcək Naminə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi polis polkovnik-leytenantı Anar İbrahimov, Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin rəisi polis polkovnik-leytenantı Nəbi Nəcəfov, Yasamal Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev, Azərbaycan Səhiyyə işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Cavid Məmmədov, Bakı Şəhər 4 nömrəli Birləşmiş Şəhər xəstəxanasının baş həkimi Cəlalləddin Həmidov, Respublika Narkoloji Mərkəzin həkimi Rövşən Kərimli, Kollecin müəllim və şagird kollektivi iştirak edib.