Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Yasamal rayonunu təmsil edəcək uşaqlarla görüş keçirildi

20 noyabr 2024 | 17:03

Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. Forumlarda uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirilərinin nəzərə alınması və onların maraqlarının qorunması, uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq, dövlət orqanları, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də kütləvi informasiya vasitələrinin diqqətini uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsi nəzərdə tutulur.

“Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Yasamal rayonu üzrə xüsusi bacarıq və istedadı ilə seçilən, liderlik keyfiyyətlərinə sahib olan, seçilmiş şagirdlərlə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova görüşmüş, onlara bilik və bacarıqlarının artırılması istiqamətində ölkəmizdə keçirilən COP29 mötəbər tədbirlə bağlı, Qarabağ torpaqlarında aparılan genişmiqyaslı quruculuq işləri ilə bağlı, eləcə də vətənpərvərlik və gənclər siyasəti barədə ətraflı məlumat verilmiş, ölkəmizdə təhsilə olan diqqət və qayğıdan söz açmışdır. Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi bu Forumda uşaqların iştirakını dəstəkləyərək xüsusi hazırlanmış ləvazimatları və hədiyyələr  təqdim edərək onlara  Forumda uğurlar arzuladı.

Keçidlər