Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Gününə həsr olunmuş minifutbol turniri keçirilib

07 noyabr 2024 | 16:59

Noyabrın 7-də Bakı Dövlət Universitetində Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının, Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, habelə AFFA-nın dəstəyi ilə 8 noyabr-Zəfər Gününə həsr olunmuş minifutbol üzrə Yasamal rayon turnirinin final mərhələsi və təntənəli bağlanış mərasimi keçirilib.

2 noyabr tarixində start verilmiş turnirdə Yasamal rayonu ərazisində fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin kişi əməkdaşlarından ibarət komandalar öz qüvvələrini sınayıb. Yarışın nəticəsinə əsasən I yerə Azərbaycan Texniki Universitetin komandası, II yerə Azərbaycan Milli Elmlər Akademiyasının komandası, III yerə Bakı Dövlət Universitetinin komandası layiq görülüb.  Turnirin bağlanış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov iştirak ediblər.

Keçidlər