Şəhidin xatirəsi anılıb
Bu gün Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhid hərbçisi Asiman Əliyevi şəhadətinin ildönümündə yad edib. Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.Anım mərasimindəYasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev və RİH aparatının əməkdaşları, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Asiman Əliyev 1 fevral 1987-ci ildə Ordubad rayonunda anadan olmuşdur. O, orta təhsilini Ordubad rayon Düylün kənd orta məktəbində almışdır. Daha sonra orta təhsilini Heydər Əliyev adına Hərbi Liseydə davam etmişdir. Məktəbi bitirdikdən sonra 2001-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə ali hərbi təhsil almışdır.2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 7-də şəhidlik zirvəsinə ucalmışdır.Əliyev Asiman Vaqif oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı və "Xocavəndin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.