Vətən Müharibəsi şəhidinin xatirəsi əziz tutulur
Bu gün Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhid hərbçisi İlqar Ramazanlını şəhadətinin ildönümündə yad edib. Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.Anım mərasimindəYasamal Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
İlqar Ramazanlı 2 noyabr 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 159 saylı məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 9-da şəhidlik zirvəsinə ucalmışdır. Ramazanlı İlqar Etibar oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunması uğrunda" medalı və "Xocavəndin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.