Yasamal rayonunda ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Sərəncamı və Demoqrafik inkişaf konsepsiyasının icrası ilə əlaqədar Yasamal rayonunda yeni ekoloji aksiya həyata keçirilib. Yasamal Rayon İcra Hakimiyyəti və PAŞA Sığortanın birgə təşkilatçılığı ilə MİDA yaşayış kompleksinin ərazisindəki 133 nömrəli tam orta məktəbin həyətində ağacəkmə aksiyası baş tutub.
Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin və PAŞA Sığortanın məsul əməkdaşları, həmçinin gənc fəallar iştirak ediblər. Aksiya çərçivəsində ərazidə yüzlərlə ağaclar əkilib. Əkilən ağaclar sulanıb, onlara aqrotexniki qulluq göstərilib.
Yasamal rayonunda silsilə ekoloji aksiyalar davam edir.