Rayon ictimaiyyəti şəhidləri yad edib
Vətən müharibəsinin şəhidi İslamov Elvinin əziz xatirəsi Yasamal rayonunda yad edilib. Şəhidin 2-ci Fəxri xiyabandakı məzarları ziyarət edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal RİH aparatının, Yasamal Bələdiyyəsinin məsul əməkdaşları, şəhidin yaxınları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Elvin Elçin oğlu İslamov 18 fevral 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 158 nömrəli tam orta məktəbdə almışdır. Xocavənd rayonun N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib və 2020-ci il oktyabrın 9-da Füzulidə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.