“Narkomaniya ümumibəşəri bəladır” mövzusunda maarifləndirici tədbir
29 oktyabr 2024 | 16:36
Yasamal rayonunda yerləşən Azərbaycan Dövlət İqtisad Unuversitetinin Rəqəmsal İqtisadiyyat fakultəsinin tələbələri ilə “Narkomaniya ümumibəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Yasamal Rayon 27-ci Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Cavid Usubov, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin rəisi polis polkovnik-leytenantı Nəbi Nəcəfov, Yasamal Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev iştirak ediblər.