Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi yad edilib

28 oktyabr 2024 | 14:38

Bu gün Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhid hərbçisi Mirsəfa Rzayevi şəhadətinin ildönümündə yad edib.  Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.Anım mərasimindəYasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev və RIH-in aparat əməkdaşları, Milli Məclisin deputatları Ülvi Quliyev və Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Mirsəfa Rzayev 9 fevral 1995-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. O, orta təhsilini 54 saylı məktəbdə almışdır. Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 27-də şəhidlik zirvəsinə ucalmışdır. Rzayev Mirsəfa Mircəlil oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunması uğrunda" medalı  ,"Zəngilanın azad olunması uğrunda"medalı  və "Cəbrayılın azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.

Keçidlər