Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi yad edilib

26 oktyabr 2024 | 12:40

Bu gün Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhid hərbçisi Şahin Ağayevi şəhadətinin ildönümündə yad edib.  Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RIH-in əməkdaşları, Milli Məclisin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin ailə üzvlərinin kədərlərinə şərik olduğunu bildirdi, onların qayğı və güzəranı ilə maraqlandı.

Şahin Ağayev 13 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 286 saylı orta məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Azərbaycan Milli Aviasiya Akademiyasına qəbul olmuş, 2016-cı ildə Akademiyanı pilot ixtisası üzrə qırmızı diplomla bitirmişdir. Füzuli rayonunun Şükürbəyli kəndində N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı könüllü olaraq  döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 25-də şəhidlik zirvəsinə ucalmışdır.Ağayev Şahin Azər oglu  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə" medalı  və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Keçidlər