Yasamal rayon ictimaiyyəti şəhidlərimizin xatirəsini anır
Bu gün 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhid hərbçiləri Xəyal Balakişiyev və Teymur Həsənov şəhadətlərinin ildönümündə yad ediliblər. Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.Anım mərasimindəYasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RIH-in aparat əməkdaşları, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Xəyal Balakişiyev 1994-cü il oktyabrın 17-də Bakı şəhərində anadan olmuşdur.O, orta təhsilini 175 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Ağdam rayon N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 25-də şəhidlik zirvəsinə ucalmışdır.Xəyal Balakişiyev Müseyb oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən Uğrunda” medalı, və ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Teymur Həsənov 3 aprel 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 153 nömrəli tam orta məktəbdə almışdır. Goranboy rayon N saylı hərbi hissədə xidmət etmişdir.2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin 25 oktyabr tarixində şəhidlik zirvəsinə ucalmışdır.Həsənov Teymur Mahal oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına uğrunda" medalı və "Cəbrayılın azad olunması uğrunda” medalı ilə təltif edilmişdir.