Yasamal rayon ictimaiyyəti şəhidin xatirəsini yad edib
Bu gün Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhid hərbçisi Afiq Qulamlını şəhadətinin ildönümündə yad edib. Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.Anım mərasimindəYasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev və RIH-in aparat əməkdaşları, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Afiq Qulamlı 24 dekabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini Xırdalan şəhəri 2 saylı məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 25-də şəhidlik zirvəsinə ucalmışdır.Qulamlı Afiq Fərhad oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda"medalı , "Xocavəndin azad olunması uğrunda" medalı və "Füzulinin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.