Yasamal rayon ictimaiyyəti şəhidin xatirəsini yad edib
Bu gün Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhid hərbçisi Elvin Salahovu şəhadətinin ildönümündə yad edib. Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.Anım mərasimindəYasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RIH-in aparat əməkdaşları, Milli Məclisin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Elvin Salahov 17 sentyabr 2001-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 38 saylı məktəbdə almışdır. Ağcabədi rayon N saylı hərbi hissədə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 24-də şəhidlik zirvəsinə ucalmışdır.Salahov Elvin Sabir oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Cəsur döyüşçü" medalı,"Vətən uğrunda" medalı, "Xocavəndin azad olunması uğrunda" medalı və "Kəlbəcərin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.