Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu gün 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhid hərbçiləri Feyruz Hacılı və Ramid Hacıyev şəhadətinin ildönümündə yad ediliblər. Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.Anım mərasimindəYasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RIH-in aparat əməkdaşları, Milli Məclisin deputatı Ülvi Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Feyruz Hacılı 3 aprel 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 286 nömrəli tam orta məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Tibb Universitetinə daxil olmuşdur. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 17-də şəhidlik zirvəsinə ucalmışdır.Şəhid Hacılı Feyruz Bəhruz oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı, "Füzulinin azad olunması uğrunda" medalı və "Xocavəndin azad olunması uğrunda"medalı ilə təltif edilmişdir.
Ramid Hacıyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.