Yasamal rayonunda Müstəqilliyin Bərpası Günü qeyd edilib
18 oktyabr 2024 | 12:33
18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə Yasamal rayonunda bayram konserti keçirilib.Azərbaycan Milli Konservatoriyasında baş tutan bayram tədbirində “Vətənim” adlı konsert proqramı təqdim edilib. Konsert proqramını xalq artisti Siyavuş Kərimi və əməkdar artist Ramil Qasımov təqdim ediblər.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Göydəniz Qəhrəmanov, Polad Bülbüloğlu, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, həmçinin incəsənət xadimləri və Yasamal rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.Bəstəkar və xalq mahnılarının ifa olunduğu bayram konserti tamaşaçılara xoş dəqiqələr yaşadaraq sürəkli alqışlara səbəb oldu.