Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi yad edilib

13 oktyabr 2024 | 14:57

2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhid hərbçisi Teymur Abbasov şəhadətinin ildönümündə yad edilib.  Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbiçinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.Anım mərasimindəYasamal Rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənov və RIH-in aparat əməkdaşları, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Teymur Abbasov 25 fevral 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini Pişəvəri adına humanitar gimnaziyada almışdır.Məktəbi bitirdikdən sonra Gəncə Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur.Universiteti bitirdikdən sonra Gəncədə N saylı hərbi hissədə vətənə xidmət etmişdir. Bundan sonra o, silahlı qüvvələrin təlim-tədris mərkəzində ehtiyat zabit hazırlıq kursunu bitirib leytenant rütbəsi alaraq ehtiyyata buraxılmışdır. 2020-ci ilin Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 12-də şəhidlik zirvəsinə ucalmışdır.

Abbasov Teymur Feyruz oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda” medalı, ”Füzulinin azad olunmasına görə” medalı və “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Keçidlər