Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidləri anılıb

11 oktyabr 2024 | 11:41

Bu gün 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhid hərbçisi Nurlan Mustafayev şəhadətinin ildönümündə yad edilib.  Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbiçinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.Anım mərasimindəYasamal Rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənov, aparat əməkdaşları, Milli Məclisin deputatları Göydəniz Qəhrəmanov, Ülvi Quliyev və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Nurlan Mustafayev 2 iyul 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. O, orta təhsilini  159 saylı məktəbdə almışdır. Daha sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. Ali hərbi təhsilini Almaniyada almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 11-də şəhidlik zirvəsinə ucalmışdır.

Mustafayev Nurlan Hamlet oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı, "Füzulinin azad olunması uğrunda" medalı,"Cəbrayılın azad olunması uğrunda" medalı  və "Kəlbəcərin azad olunması uğrunda"  medalı ilə təltif edilmişdir.

Keçidlər