Vətən müharibəsinin şəhidi yad edilib
Bu gün 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhid hərbçisi İsmayıl Qasımov şəhadətinin ildönümündə yad edilib. Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbiçinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.Anım mərasimindəYasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, aparat əməkdaşları və Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov iştirak etdilər.
İsmayıl Qasımov 17 dekabr 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. O, orta təhsilini Sumqayıt şəhəri 14 saylı məktəbdə almışdır. Universiteti bitirdikdən sonra Şəmkir rayon N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 9-da şəhidlik zirvəsinə ucalmışdır.
Qasımov İsmayıl Sadıq oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən Uğrunda” medalı və ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.