Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Müəllimlər Günü qeyd edilib

05 oktyabr 2024 | 12:05

Yasamal rayonunda Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunan bayram tədbiri keçirilib. Öncə Dövlət Himni səsləndirilib, sonra isə Ulu Öndər Heydər Əliyev və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri yad edilib.Daha sonra isə Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələrdən bəhs edən videoçarxa baxış keçirildi.

Orta məktəb müəllimləri, direktorlar və təhsil işçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı edib.Təbirdə həmçinin çıxış edən millət vəkilləri Anar İsgəndərov, Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdənov Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar müəllimləri təbrik edərək bu sahənin inkişafına dair öz fikir və mülahizələri ilə bölüşdülər.

İclasda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  Ümummilli liderimiz Heydər Əliyevin "Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” kəlamını xatırlatdı. Bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev elm və təhsilə xüsusi qayğı göstərir. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Hal-hazırda azad edilmiş Qarabağda sürətlə yeni məktəblər tikilir və istifadəyə verilir.  İndi biz Qarabağı bərpa edirik və ora həyat, təhsil, tədris qayıdır.

Yasamal RİH-in başçısı vuğuladı ki, müəllimlər təhsil sisteminin hərəkətverici qüvvəsidir. Qeyd etdi ki,müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.

Daha sonra rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətləri ilə fərqlənən təhsil işçilərinə Yasamal Rayon İcra Hakimiyyətinin “Fəxri fərmanları” təqdim edildi.

Keçidlər