Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid hərbçilərimiz yad edilib

30 sentyabr 2024 | 15:00

Bu gün 2-ci Fəxri Xiyabanda şəhid hərbçilərimiz Həmidağa Hüseynzadə şəhadətinin ildönümündə və Rəşad Mikayılzadə doğum günündə yad edilib.  Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbiçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi,  məzarları önünə gül dəstələri qoyuldu, ruhlarına dualar oxundu.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin yaxınlarına dərin hüznlə başsaglığı verdi.

Tədbirdə həmçinin Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Müşviq Məmmədov və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Həmidağa Hüseynzadə 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin sentyabr ayının 28-də şəhidlik zirvəsinə ucalmışdır.Hüseynzadə Həmidağa Bağı oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  ölümündən sonra "Qarabağ" ordeni, III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", medalı "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" medalı “Azərbaycan Ordusunun 100 illiyi” yubiley,"Vətən uğrunda" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Rəşad Mikayılzadə 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 9-da şəhidlik zirvəsinə ucalmışdır.Mikayılzadə Rəşad İlham oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı,"Vətən uğrunda" medalı  və  "Xocavəndin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.

Keçidlər