Şəhid Əkrəm Şadmanovun şəhadətinin ildönümü münasibəti ilə anım tədbiri keçirilib
2-ci Fəxri Xiyabanda şəhid hərbçi Əkrəm Şadmanovun xatirəsi şəhadətinin ildönümündə yad edilib. Anım tədbirində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, rayonunun hüquq mühazifə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Rayon İcra Hakimiyyətinin, Yasamal bələdiyyəsinin və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib. Sonra natiqlər şəhid polkovnik-leytenant Əkrəm Şadmanov həyat və fəaliyyəti haqqında xoş xatirələrini bölüşərək göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Çıxışlardan sonra şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun məzarı ziyarət olundu, məzarı önünə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin yaxınlarına dərin hüznlə başsaglığı verdi.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Şadmanov Əkrəm Yunus oğlu sağlığında “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları, şəhadətindən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.