Şəhid hərbi qulluqçumuz yad edilib
Bu gün 2-ci Fəxri Xiyabanda şəhid hərbçi Ravil Hümbətovun xatirəsi şəhadətinin ildönümündə yad edilib. Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbiçimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, məzarı önünə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin yaxınlarına dərin hüznlə başsaglığı verdi.
Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Hümbətov Ravil Mübariz oğlu 2022-ci ilin sentyabrın 12-si və 13-ü Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalmışdır.Leytenant Ravil Hümbətov “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.