İcra başçısı ərazidə təmir-yenidənqurma işlərinə baxış keçirib
Ərazilərin abadlaşdırılması tədbirləri çərçivəsində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayonunun bir sıra küçələrinə növbəti baxış keçirib. İcra başçısı piyadalar üçün səkilərin təkmilləşdirilməsi və küçə infrastrukturunun vahid standartlar əsasında qurulmasına dair RİH-in məsul şəxslərinə öz tapşırıq və tövsiyyələrini verib. Baxışda həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, MKTB və SİƏD nümayəndələri də iştirak ediblər.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov səkilərin və yaşıl zolaqların genişləndirilməsinə dair göstəriş və tapşırıqlarını verib.Bildirilib ki, burada əsas məqsəd insanların rahatlığını təmin etməkdir.
Həmçinin yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərin boşaldılması, binaların fasadlarının estetik görünüşünə xələl gətirən yöndəmsiz reklamların çıxarılmasına dair tapşırıqlar verilib.Ərazidə avtoparkinqlərin təşkilinə dair fikir mübadiləsi də aparlıb.