Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Ulu Öndərin ilk dəfə hakimiyyətə gəlişi ildönümü qeyd olunub

13 iyul 2024 | 14:05

Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbyacanda ilk dəfə siyasi hakimiyyətə gəlməyinin 55-ci il dönümünə həsr olunmuş “14 iyul 1969-cu il:Uğurlu inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisinin deputatları Elnur Allahverdiyev, Səbinə Xasayeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Vazeh Əskərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri Şahlar Əsgərov, Misir Mərdanov, Yasamal rayon hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Yasamal rayon və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilatlarının üzvləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən öncə Fəxri Xiyabanda Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə tər gül dəstələri düzülüb. Sonra Yasamal rayonunda yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunaraq şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, gül dəstələri qoyulub.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndər Heydər Əliyevin Azərbyacanda ilk dəfə siyasi hakimiyyətə gəlməyinin 55-ci il dönümünə həsr olunmuş film nümayiş olunub.

Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, 1969-cu ilin 14 iyul günü Azərbaycanın tərəqqi yolunun başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunub. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi həmin gün respublikamız inkişaf dövrünə qədəm qoyub. Qeyd edildi ki,1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Ümummilli Liderin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu ulu öndər Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. Bu gün Azərbaycan xalqı unudulmaz Rəhbərin layilqli siyasi davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt gələcəyimiz üçün açılan yolla qətiyyətlə addımlayır. Bu yol heç şübhəsiz Tarixi Zəfərlərimizin əldə olunması ilə daha da aydınlanmışdır.

Çıxış edən natiqlər qeyd etdilər ki,ümummilli Lider Heydər Əliyev Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü respublikamızın bütün sahələrdə sürətli inkişaf dövrünə qədəm qoyduğu bir gün kimi tariximizin şanlı səhifəsinə çevrilib. Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycan ötən əsrin 70-80-ci illərində böyük tərəqqiyə nail olub, keçmiş sovetlər birliyinin ən geri qalmış aqrar ölkəsindən ən qabaqcıl sənaye ölkəsinə çevrilib, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməli qoyulub.

Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib. Tədbirin sonunda xatirə fotosu çəkdirilib.

Keçidlər