Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının etik davranışı mövzusunda təlim keçirilib

14 iyun 2024 | 16:23

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 739 nömrəli 23 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın “Dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi”nə dair 8.10-cu bəndinin “Dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlər keçirilməsi” tapşırığı barədə 8.10.1-ci yarımbəndinin icrası üzrə təlim təşkil edilib.

Təlimi giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı E.Həsənov açaraq, müstəqilliyimizin bərpa olunmasından keçən dövr ərzində dövlət idarəetməsi, dövlət qulluğu sahəsində həyata keçirilmiş mühüm islahatlardan, bütövlükdə, ölkəmizdə bu sistemin, eləcə də onun kadr potensialının formalaşmasındakı fundamental dəyişikliklərdən, bu proseslər fonunda Azərbaycanın beynəlxalq təcrübəyə və milli xüsusiyyətlərə əsaslanan ilk növbədə qanunverici, normativ-hüquqi baza  əsasında formalaşdırdığı dövlət qulluğu sistemindən danışmışdır.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn tələblər, davranış qaydaları barədə təqdimat dinlənilib. Etik davranış qaydalarının əsas prinsipləri və məqsədləri, etik dilemmalar, əxlaqi prinsiplər, peşə əxlaqı, Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn etik vəzifələrlə bağlı nəzəri biliklər diqqətə çatdırılıb, dövlət qulluqçusu üçün xidməti vəzifənin icrası ilə bağlı müəyyən edilən tələblər, rəhbər dövlət qulluqçusundan gözlənilən etik dəyərlər, etik davranış qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi və digər mövzularla bağlı müzakirələr aparılıb.

Sonra Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Z.Cəfərli təqdimatla çıxış edərək,  bu sahədə mövcud qanunvericilik, qanunun əhatə dairəsi, etik davranış qaydalarının əsas prinsip və məqsədləri, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər, etik davranışa təsir edən amillər barədə danışıb, loyallıq, ictimai etimad, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət, xidməti vəzifənin icrası ilə bağlı tələblər, qərəzsizlik, etik davranış qaydalarına əməl olunmasına nəzarət, bu qaydaların pozulmasına görə məsuliyyət və digər mövzularla bağlı ətraflı məlumat verib.

Bu Qaydaların tətbiq edilməsinin əsas məqsədi Rayon İcra Hakimiyyətinin nüfuzunun artırılması, Rayon İcra Hakimiyyətinə və dövlət qulluqçusuna ictimai etimadın yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Rayon İcra Hakimiyyətində korrupsiyanın və dövlət qulluqçusunun fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsindən ibarət olduğu iştirakçıların diqqətinə çatdırılmışdır.

Keçidlər