Yasamal rayonunun ictimaiyyəti Ulu Öndərin əziz xatirəsini yad edir
Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçirilib.Tədbirdən öncə iştirakçılar Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edərək, əziz xatirəsini yad etdilər.Daha sonra tədbirdə Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.
Tədbirdə nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkili Elnur Allahverdiyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və digər natiqlər Ulu Öndər Heydər Əliyevin 20-ci əsrin ikinci yarısı və 21-ci əsrin əvvələrində Azərbaycan tarixində oynadığı misilsiz roldan söhbət açdılar. Bildirildi ki,1993-cü ildə Azərbaycanı böyük fəlakətdən xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev qurtardı. 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini məhz Heydər Əliyevə etibar etdi. Xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtardı.
Bildirildi ki,90-cı illərin birinci yarısında Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi və erməni təcavüzünü dayandırdı. 2020-ci ildə isə Prezident İlham Əliyev və ordumuz Qarabağda erməni ordusunu məhv etdi, Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
Tədbirdə çıxış edən natiqlər Ulu Öndərin müxtəlif sahələrdə Azərbaycan xalqına və dövlətinə verdiyi töhfələrdən söz açdılar.Çıxış edənlər Heydər Əliyevin dahi zəkası, sarsılmaz irədəsi və böyük siyasi təcrübəsi ilə Azərbaycanda əvəzsiz işlər gördüyünü xatırlatdılar.
Tədbir iştirakçıları Ulu Öndərin fəaliyyətindən bəhs edən sənədli filmə baxış keçirdilər. Daha sonra rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxs fəxri fərmanlarla təltif edildi.
Tədbir bədii hissə ilə başa çatdı.