Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon ictimayyəti ağacəkmə aksiyası keçirib

04 may 2024 | 16:32

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Sərəncamı ilə əlaqədar Yasamal rayonunun ictimaiyyəti yeni ekoloji aksiya həyata keçirib.  Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal bələdiyyəsinin birgə təşkilatçılığı ilə paytaxtın Müşviqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyası baş tutub.

Aksiyada Yasamal Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Hüseyn Əfəndiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev, YAP Yasamal rayon təşkilatının  sədri Bəxtiyar Nəbiyev, rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, həmçinin özəl sektor təmsilçiləri və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə yüzlərlə ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Yasamal rayonunda silsilə ekoloji aksiyalar davam edir.

Keçidlər