Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tennis turniri keçirildi
30 aprel 2024-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Kollecndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə stolüstü tennis idman növü üzrə rayon turniri keçirildi. Turnirin açılış mərasimində Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxış edərək yarış iştirakçılarına uğurl ar arzuladılar. Yarışa rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin komandaları qatılmışlar. Yarışın nəticələrinə görə I yerə Azərbaycan Texniki Universitetin, II yerə Azərbaycan İlahiyyat İnstitutu , III yerə Bakı Dövlət Universitetinin komandası layiq görülmüşdü. Qaliblər müvafiq dərəcəli kubok, diplom və medallarla təltif edilmişlər.