Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsi keçirilib

04 aprel 2024 | 16:26

04 aprel 2024-cü il tarixdə Yasamal Rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yasamal rayonu üzrə orta məktəb şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsi həyata keçirilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd xalqımızın Ümummilli lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə verilməsi, milli-mənəvi dəyərlərə yiyələnmələri istiqamətində görülən işlərin daha da genişləndirilməsidir. Müsabiqədə Yasamal rayonu ərazisində fəaliyyət göstərən 26 orta məktəbdən mövzular üzrə 105 şagird iştirak etmiş, onlardan 11 şagird rayon turuna vəsiqə qazanmışdır.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin “Muzey” bölməsində dahi şəxsiyyət Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini yad ediblər. Daha sonra qonaqlar Ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə Yasamal rayonuna etdiyi səfərlərinin müxtəlif dönəmlərini əks etdirən nadir fotolardan ibarət fotosərgi ilə tanış olublar. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova tərəfindən tədbir iştirakçılarına fotosərgi ilə bağlı fotoların müşayiəti ilə məlu¬mat verilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, eləcə də həmin şöbənin baş məsləhətçisi Mirtural Mirsultanov, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Cavid Şıxcəfərli, məktəb direktorları, məktəblərin tarix müəllimləri, şagirdlər, onların elmi rəhbərləri və valideynlər iştirak ediblər.

Tədbir Dövlət himninin səslənməsindən, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Prezident İlham Əliyevin Şanlı Qələbəmizə həsr olunmuş videoformat şəklində çıxışından sonra açıq elan edilib. Tədbiri açıq elan edən Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova şagirdlərə uğur və müvəffəqiyyətlər arzu edərək müsabiqənin seçim mərhələləri haqqında iştirakçılara ətraflı məlumat vermiş və qeyd etmişdir ki, Azərbaycan tarixinin və Ulu Öndərin zəngin irsinin şagirdlər tərəfindən daha dərindən mənimsənilməsində bu müsabiqə xüsusi əhəmiyyət daşıyır. Belə ki, şagirdlərdə müstəqil araşdırmaçılıq qabiliyyəti və sərbəst düşüncə vərdişləri daha yaxşı formalaşır.

Sonra 5 mövzu üzrə seçilmiş 11 şagird məqalə-yazılarını hazırladıqları slaydlarla təqdim ediblər. Daha sonra isə tədbir şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Təqdimatlardan və bədii hissədən sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxışında Azərbaycanın siyasi və dövlət xadimi Heydər Əliyevin tariximizin öyrənilməsi ilə yanaşı mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə olan qayğısından, eləcə də Ümummilli Liderin davamçısı olan Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə həyata keçirdiyi işlərdən və əldə olunan uğurlardan danışıb.

Tədbirin sonunda müsabiqədə fərqlənən iştirakçılar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif hədiyyələrlə təltif edildi, xatirə şəkli çəkildi.

Təltif edilmiş gənclər ölkəmizin inkişafı üçün bundan sonra da üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.

Keçidlər