Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi verilib

02 aprel 2024 | 21:03

Ramazan ayı ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sakinlər üçün Təzə Pir məscidində iftar sürfəsi açılıb. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili Elnur Allahverdiyev, şəhid ailələrinin üzvləri, qazilər,ali təhsil ocaqlarının rektorları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və rayon bələdiyyəsinin rəhbərliyi, həmçinin rayon ərazisində fəaliyyət göstərən müəssisə rəhbərləri, dini qurumların və ictimaiyyət təmsilçiləri iştirak ediblər.Tədbirdə Qurandan surələr oxundu.İftar süfrəsində Ramazan ayının fəzilətləri barədə söhbət edildi, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olundu.  İftar süfrəsi zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər