Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon ictimaiyyəti 8 mart Beynəlxalq qadınlar gününü qeyd edir

07 mart 2024 | 17:15

8 mart Beynəlxalq qadınlar günü münasibətilə Yasamal rayon İcra Hakimiyyətində rayonun xanım fəallarının toplantısı keçirilib. Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova 8 mart Beynəlxalq qadınlar gününün tarixindən və müasir dünyada qadınların rolundan bəhs etdi.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış etdi. İcra başçısı xanımları təbrik edərək onlara uzun ömür, möhkəm cansağlığı və qadın səadəti arzuladı. İcra Hakimiyyətinin başçısı xanımların Azərbaycan cəmiyyətində oynadığı rola toxundu və qeyd etdi ki, onlar hər zaman cənab Prezident İlham Əliyevin diqqət və qayğısını görürlər. Bu gün qadınlarımız, gənc qızlarımız sərbəst təhsil alır, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.

Dövlət qadın siyasətinin həyata keçirilməsində isə Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın dəstəyi xüsusi qeyd edilməlidir. Onun təşəbbüsü ilə həyata keçirilən uşaq və qadın hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, səhiyyə, elm, təhsil, mədəniyyət, ekologiya və digər sahələrlə bağlı irimiqyaslı layihələr insanların sosial rifahının yaxşılaşmasına müsbət təsirini göstərir. Bu gün azad edilmiş torpaqlarımızda Mehriban xanımın təşəbbüsü ilə tarixi, dini və mədəni abidlərimiz bərpa edilir.

Öz çıxışında Elşad Həsənov şəhid anaları və şəhid həyat yoldaşlarına üz tutaraq qeyd etdi ki, 2020-ci ilin Vətən müharibəsi zamanı biz torpaqlarımızı azad etdik və bu qələbəyə məhz şəhid anaları  sayəsində nail olduq, çünki o cəsur ogulları analar dünyaya gətirib, böyüdüb və tərbiyyə ediblər. Bildirildi ki, bizim şəhid və qaziləri məhz analar vətənpərvər ruhda böyüdüb. Şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına ən səmimi arzular çatdırıldı.

Sonda qeyd olundu ki, müasir dövrdə xanımlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir. Onlar elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə yüksək nailiyyətlər qazanırlar.

Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli müasir həyatımızda qadınların oynadığı mühüm roldan söz açdı. Öz növbəsində şəhid anası Başxanım Abbasova qadınların müasir cəmiyyətdə mövqeyindən, onların milli-mənəvi dəyərlərin qorunmasındakı əvəzsiz rolundan danışdı. Başxanım Abbasova şəhid ailələrinə diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

Tədbirdə şəhid anaları, şəhid xanımları və ailə üzvləri ilə yanaşı, həmçinin pedaqoji və tibbi sahəni, habelə dövlət idarəetməni təmsil edən xanımlar iştirak etdi.

Tədbirin sonunda xatirə fotosu çəkildi.

Keçidlər