Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı ərazidə vətəndaşlarla görüşdü

16 yanvar 2024 | 17:29

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda 2024-cü ilin yanvar ayı üzrə səyyar qəbul keçirilib. Sakinlərin problem və müraciətlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayondakı Azərbaycan Dövlət Pedaqoji Kollecinin  akt zalında vətəndaşlarla görüşdü. Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Bələdiyyənin rəhbərliyi, habelə xidmət sahələrinin təmsilçiləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  sakinlərdən müraciət və təklifləri barədə ətraflı danışmağı xahiş etdi.

Növbə ilə söz alan vətəndaşlar mənzil sənədləşdirilməsi, yataqxana ilə təminat, qonşular arasında fərdi tikinti ilə bağlı mübahisələr, istismar müddəti bitmiş evlərin söküntüsü, Vətən müharibəsi qazilərinin mənzil ilə təminatı, rayondakı məscidlərin kommunal xidmətlər ilə təchizatı, qəzalı su borularının təmiri   və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər.Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı şəkildə cavab verdi.İcra başçısı bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına tapşırıqlar da verildi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

Tədbirin sonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 7 fevral Prezident seçkilərində vətəndaşları fəal olmağa və səsvermə hüququndan istifadə etməyə çağırdı.

Keçidlər