Şəhid övladları üçün növbəti Yeni İl şənliyi təşkil edilib
Yeni illə bağlı tətilin son günlərində Yasamal Rayon İcra Hakimiyyəti və “Zefir Mall” Ticarət Mərkəzi ilə birlikdə şəhid övladları üçün növbəti Yeni İl şənliyi təşkil edilmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yasamal Rayon İcra Hakimiyyəti, “Zefir Mall” Ticarət Mərkəzinin və QHT-nin səlahiyyətli nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid övladlarına təbrik sözlərini çatdırıblar. Sonda isə Ticarət Mərkəzinin əyləncə mərkəzində musiqili əyləncəli şənlik keçirilmiş, şəhid övladları müxtəlif növ hədiyyələrlə sevindirilmişlər.