Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon ictimaiyyəti Ulu Öndəri yad edib

11 dekabr 2023 | 17:36

Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar bu gün Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə anım tədbiri keçirilib.Öncə tədbir iştirakçıları Ulu Öndərin büstü önünə gül dəstələri qoydular.Daha sonra Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri,YAP fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rektorlar, ziyalılar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir Ulu Öndərin ictimai-siyasi fəaliyyətindən bəhs edən filmin baxışı ilə davam etdi.

Tədbirdə çıxış YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Şuranın üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Əli Abbasov Ulu Öndərlə bağlı xatirələri ilə bölüşdülər. Ümummilli Liderin müasir Azərbaycan tarixində oynadığı mühüm roldan söz açdılar, onun həm sovet dövründə, həm də müstəqillik illərindəki tarixi missiyasından bəhs etdilər. Qeyd olundu ki, Ulu Öndər 90-cı illərdə xilaskarlıq missiyasını öz üzərinə götürdü və o zaman Azərbaycanı hərc-mərclik və xaosdan qurtardı.Bu gün Ulu Öndərin siyasətini onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev davam edir. Məhz bunun nəticəsidir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Qarabağda tarixi zəfər qazandı.
 
Keçidlər