Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş “ Xocalı fəryadı” adlı dəyirmi masa
Yasamal rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş “ Xocalı fəryadı” adlı dəyirmi masa keçirildi.
Dəyirmi masada Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, Azərbaycan Respublikasının Milli Məclisnin deputatı Elman Məmmədov, Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavinləri Xaliq Möhbalıyev, Sevil Əliyeva, Yasamal rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini Vahid Əliyev, Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov, Yasamal rayon Ağsaqqalllar Şurasının sədri Kərim Kərimov, Yasamal rayon Əmək və Müharibə Veteranları Şurasının sədri Almaz Qasımova, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, təhsil və mədəniyyət müəssisələrinin, ali və orta-ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının rəhbərləri , KİV nümayindələri və digər qonaqlar iştirak etdilər.
İlk öncə Heydər Əliyev Mərkəzinin foyesində AMEA-nın müxbir üzvü, elmlər doktoru Kərim Kərimovun əsərlərindən ibarət sərgiyə baxış keçirildi. Sonra qonaqlar Mərkəzin “Muzey” bölməsində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad etdilər.
Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev giriş sözü ilə tədbiri açaraq qonaqları salamladı. Sonra Xocalının müdafiəsi uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olundu.
İbrahim Mehdiyev çıxış edərək 23 il öncə Azərbaycan xalqına qarşı törədilmiş qanlı, dəhşətli soyqırım həqiqətlərini, bu qanlı cinayətə məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin verdiyi hüquqi-siyasi qiyməti vurğuladı. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Elman Məmmədov öz çıxışı zamanı Xocalı faciəsinin iki yüz ilə yaxın müddətdə erməni-şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu qeyd etdi.
Sonda 20 və 308 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında bədii kompozisya təqdim edildi.