Şriftin ölçüsü :

Saytın rəngi :

02 fevral “Azərbaycan Gəncləri günü” münasibəti ilə rayon gənclərinin yekun toplantisi keçirilmişdir

30 yanvar 2015 | 11:00

Azərbaycan Milli Konservatoriyasının akt zalında 02 fevral “Azərbaycan Gəncləri günü” münasibəti ilə rayon gənclərinin yekun toplantısı keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri, idarə, müəssisə və təşkilatlarda çalışan gənclər və Qeyri Hökumət Təşkilatlarının üzvləri, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin bir qrup gənc zabiti iştirak etmişlər.

Toplantını açıq elan edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tədbir iştirakçılarını “Azərbaycan Gəncləri Günü” münasibəti ilə təbrik edərək bildirdi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummullu lider Heydər Əliyevin ilk imzaladığı Fərman Azərbaycan tarixində ilk dəfə olaraq gənclərlə iş sahəsində dövlət qurumu olan Gənclər və İdman Nazirliyinin yaradılması haqqında olmuşdur. Gənclər və İdman Nazirliyinin yaradılmasında qarşıya qoyulan başlıca məqsəd gənclər siyasətinin prioritet istiqamətlərini müəyyən etmək, gənclərlə iş sahəsində hüquqi normativ bazanın formalaşdırılmasını təmin etməkdən ibarət olmuşdur. Çıxışda 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin ali orqanı olan Azərbaycan Gənclərinin I Forumunun keçirildiyi, I Forumda ümummilli lider Heydər Əliyevin proqram xarakterli çıxışında gənclərin qarşısına mühüm vəzifələr qoyulduğu vurğulandı. Həmçinin, qeyd olundu ki, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev gənclərin istək və arzularını nəzərə alaraq 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi barədə müvafiq sərəncam imzalamışdır.

Sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev çıxış edərək qeyd etdi ki, respublikamız 2014-cü ili məhsuldar başa vurmuşdur, dövlətimiz qarşısına qoyduğu bütün vəzifələri uğurla icra etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti öz sürətli inkişaf tempini saxlaya bilmişdir. İ.Mehdiyev ölkəmizin təhlükəsizliyinin təmin edildiyini, iqtisadi və sosial proqramların uğurla icra edildiyini, ölkəmizin müstəqillik və inkişaf yolu ilə getdiyini nəzərə çatdıraraq, dünyanı bürümüş iqtisadi və maliyyə böhranının Azərbaycanın uğurlu inkişafına təsir etmədiyini, bunun başlıca səbəbinin, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət olduğunu xüsusi ilə qeyd etdi. İ.Mehdiyev çıxışında bildirdi ki, ölkəmiz son 11 il ərzində dünyada iqtisadi artım tempinə görə ən sürətli inkişaf edən ölkədir. Belə ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür. Bu uğurlar bizə onu deməyə əsas verir ki, biz bu naliyyətlərlə respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünü də bərpa edəcəyik. İ.Mehdiyev aparılan abadlıq-quruculuq işlərinin hər yerdə olduğu kimi Yasamal rayonunda da uğurla həyata keçirildiyini qeyd etdi. Çıxışının sonunda İbrahim Mehdiyev “Azərbaycan Gəncləri Günü” münasibəti ilə rayon gənclərini təbrik edərək onlara təhsildə və şəxsi həyatlarında yeni – yeni nailiyyətlər arzuladı.

Toplantıda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R. Abbasov və Azərbaycan Milli Konservatoriyasının rektoru S.Kərimi tədbir iştirakçılarını “Azərbaycan Gəncləri Günü” münasibəti ilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Tədbirdə Azərbaycan Milli Konservatoriyasının Tələbə Gənclər Təşkilatının sədri Məmmədli Tural Rəhman oğlu və Azərbaycan Milli Elmlər Akademiyasının gənc elmi işçisi Əliyeva Pərvanə Əli qızı “Azərbaycan Gəncləri Günü” münasibəti ilə, rayonun elmi-mədəni həyatında fərqləndiyinə görə və 02 fevral Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanı və xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Bundan əlavə, bir qrup rayon gənci Yasamal rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi fəxri fərman və xatirə hədiyyələri ilə təltif edildilər.

Toplantının bədii hissəsində Azərbaycan Milli Konservatoriyası müəllim və tələbələrinin ifasında konsert proqramı nümayiş etdirildi.

Keçidlər