Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində illik hesabat yığıncağı

15 yanvar 2015 | 11:00

Yasamal rayon 308 saylı tam orta məktəbin iclas zalında Rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ötən ilin yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağını Yasamal Rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Coşqun Əliyev açmış, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ötən ildə qazandığı uğurlara qısaca ekskursiya etmişdir.

Sonra ərazi nümayəndəsinin illik hesabat məruzəsi dinlənilmişdir. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin xüsusi nəzarəti və diqqəti altında rayonda aparılan əzəmətli yeniləşmə və quruculuq işlərindən danışan natiq son bir il ərazidə görülən işlərin ümumi mənzərəsini təsvir etmiş və bildirmişdir ki, Yasmal Rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi rayon ərazisində keçirilən tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Buna Yasamal Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: dövlət gənclər və idman siyasəti” mövzusunda keçirilən konfransı, 26 fevral 2014-cü il “Xocalı” parkında keçirilən “Xocalı soyqırımı” ilə bağlı mərasimi əyani misal çəkmək olar.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının 272 nömrəli 12.07.2013-cü il tarixli Yasamal rayon ərazisində Azərbaycan Respublikasında Dövlət Dili haqqında qanunun icrasının təmin olunmasına nəzarət məqsədilə xüsusi komissiyanın yaradılması haqqında sərəncamına uyğun olaraq idarə və təşkilatlarda, xidmət sahəsində, reklam və elanlarda yalnız dövlət dilinin işlənməsini təmin etmək və bu sahədə mövcud olan özbaşınalıqların qarşısını almaq məqsədilə yaradılmış komissiyasının iş qrafiki ilə mövcud vəziyyət öyrənilmişdir. Dövlət dili haqqında qanunun tələblərinə zidd olaraq idarə, təşkilat, ticarət və digər obyektlərin adı və fəaliyyət növü haqqında məlumatların yerləşdirildiyi lövhələrin, şüşə-divar reklamlarının xarici dillərdə yazılması halları aşkar edilmiş və baş vermiş bu qanun pozuntularının qarşısı alınmış, nəticədə 200-ə yaxın reklam şitləri və şüşə-divar reklamları tərəfimizdən sökülmüşdür.

2014-cü il Azərbaycan Respublikasında Bələdiyyə seçkiləri ili olmuşdur. Seçkiqabağı dövrdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi vətəndaşların seçkilərə çağırışını özündə əks etdirən seçki plakatlarının və təşviqat materiallarının yerləşdirilməsi üçün yerlərin müəyyənləşdirilməsinə dair rayon icra hakimiyyəti başçısına təkliflər vermiş və bu plakatların müəyyən edilmiş yerlərə quraşdırılmasını təmin etmişdir.

Nümayəndəliyimizin ərazisində 2014-cü ildə istər təhsil, istərsə də səhiyyə sahəsində yeni inzibati binalar istifadəyə verilmişdir. Təmirinə 2013-cü ildə başlanmış 98 saylı uşaq bağçası artıq körpələrin istifadəsinə verilmişdir. Aparılan yenidənqurma işlərində 98 N-li uşaq bağçasında mərkəzi istilik sistemi, 12 ədəd günlük quraşdırılmış, həyət abadlaşdırılmış, asfalt örtüyü vurulmuş və binanın daxili yüksək səviyyədə təmir edilmişdir.

Yasamal rayon 19 saylı Mənzil-İstimar Sahəsinin rəisi Teymur Mahmudov, 308 saylı məktəbin direktoru Təranə Məmmədova, respublikaının əməkdar müəllimi, şair-publisist Əyyub Şuşalı çıxış edərək 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 2014-cü ildə gördüyü işlərə yüksək qiymət vermiş, arzu və təkliflərini bildirmişlər.

Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elşən Mustafayev yekun sözü söyləmişdir.

Sonda Nümayəndəliyin hesabat yığıncağının qərar layihəsi oxunmuşdur və iclas iştirakçıları  Nümayəndəliyin  2014- cü il üçün illik hesabatını qənaətbəxş hesab etmişlər.

Keçidlər