Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü ilə əlaqədar “Dünənin, bu günün və III minilliyin partiyası” adlı tədbir keçirildi

21 noyabr 2014 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının  yaradılmasının 22-ci ildönümü ilə əlaqədar “Dünənin, bu günün və III minilliyin partiyası” adlı tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, ərazi ilk partiya təşkilatının sədri Rəna Bilyəndarlı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının əməkdaşı Jalə Tofiqqızı, ərazi ilk partiya təşkilatı qadınlar şurasının sədri Almaz Ələkbərova, Ərazi ilk partiya təşkilatı qadınlar şurasının sədr müavini Mərziyə Hüseynli, Binəqədi Rayon YAP Gənclər Birliyinin sədri Şəfiqə Ağayeva və YAP Binəqədi Rayon Təşkilatının A.Gəraybəyli 71 ünvanlı ərazi ilk partiya təşkilatının üzvləri  iştirak etdilər.

Qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dahi öndərin əziz xatirəsini yad etdilər, onun həyatını, zəngin dövlətçilik irsini özündə əks etdirən eksponatların toplandığı “Muzey” bölmələri ilə tanış oldular.

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ərazi ilk partiya təşkilatının sədri Rəna Bilyəndarlı YAP-ın yaradılmasının 22-ci ildönümü ilə əlaqədar qonaqları təbrik etdi.

Tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının qısa bir müddətdə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqələrindən olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilməsindən, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atdığından söz açdılar.

Digər çıxış edənlər qeyd etdilər ki, 1993-cü ildə YAP-ın sədri - Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir .

Tədbirin sonunda ümumilli lider Heydər Əliyevin banisi olduğu YAP-ın tarixinə aid film nümayiş olundu.

Keçidlər