Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr- Konstitusiya Gününə həsr olunmuş “Konstitusiya hüquqi dövlət quruculuğunun əsasıdır” mövzusunda dəyirmi masa

12 noyabr 2014 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində 12 noyabr- Konstitusiya Gününə həsr olunmuş “Konstitusiya hüquqi dövlət quruculuğunun əsasıdır” mövzusunda dəyirmi masa təşkil olundu.

Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, komitənin üzvləri, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Slavyan Universitetinin tələbələri iştirak etdilər.

Qonaqlar Mərkəzin “Muzey” bölməsi ilə tanış oldular, burada  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli həyat yolu, siyasi fəaliyyətindən bəhs edən eksponatlar haqqında tədbir iştirakçılarına məlumat verildi.

Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov dəyirmi masanı giriş sözü ilə açaraq Azərbaycan dövlətçiliyinin formalaşması və dövlətimizin Əsas Qanunu olan ilk Konstitusiyanın qəbulunun məhz xalqın təkidi ilə 1993-cü ildə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Digər çıxışlar zamanı  müəllifi Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyevin olduğu ilk milli Konstitusiyamızın qəbulundan ötən dövrdə respublikamızda baş vermiş  mühüm irəliləyişlər və cəmiyyətimizin köklü surətdə demokratikləşməsi yolunda atılan mühüm addımlardan söz açıldı.

Tədbirin sonunda müstəqilliyimizin şanlı səhifələrindən olan 12 noyabr- Konstitusiya Gününə həsr edilmiş film nümayiş olundu.

Keçidlər