Ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində Yasamal rayonunda ağacəkmə aksiyası keçirilmişdir
29 noyabr 2014 | 11:00
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən Ümumrespublika yaşıllaşdırma marafonunda Bakının Yasamal rayonu ictimaiyyəti də fəal iştirak edirlər.
29 noyabr 2014-cü il tarixdə keçirilən ağacəkmə aksiyası zamanı paytaxtın mərkəzi rayonu olan Yasamal rayonunun Mikayıl Müçfiq küçəsi ilə Kənar Dairəvi Yolun kəsişməsində 800 ədəd şam ağacı əkilmişdir.
Aksiyada rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri fəallıq nümayiş etdiriblər.
Yaşıllaşdırma aksiyası rayon ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb.